• Bakı 20° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
CƏMİYYƏT
03 May 2025 | 15:37

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

    Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyi tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tarix Muzeyində, Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir rayonu, Y.Əsgərov adına Mahmudlu kənd, Gəncə şəhər 23 nömrəli və Gədəbəy rayonu Dəyəqarabulaq kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Zərdab rayon H.Zərdabi adına Əlvənd kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhər 1 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Füzuli rayon Böyük Bəhmənli kənd 1 nömrəli və Bərdə rayon Yeni Daşkənd kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 1 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayon Qaradağ kənd ümumi və S.Mikayılov adına Rəhimli kənd tam orta məktəblərində və Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayon N.H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

    Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

    Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

    İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


    SON XƏBƏRLƏR

    03 May 2025