• Bakı 16° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Hindistan Pakistandan malların idxalına və tranzitinə qadağa qoydu
DÜNYA
03 May 2025 | 15:00

Hindistan Pakistandan malların idxalına və tranzitinə qadağa qoydu

“Pakistan mənşəli və ya bu ölkədən ixrac edilən bütün malların birbaşa və ya dolayı yolla idxalı, tranzit keçidi və azad idxal rejiminə daxil olub-olmamasından asılı olmayaraq ikinci bir göstərişədək qadağan edilir.”

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Ticarət Nazirliyi tərəfindən məlumat yayılıb.

Bəyanatda bildirilib ki, qadağa dərhal qüvvəyə minir və bu qərar “milli təhlükəsizlik və dövlət siyasəti” zərurətindən irəli gəlir.

Yeni Dehli rəhbərliyi, eyni zamanda, Pakistanla hava və quru yolu vasitəsilə göndərilən bütün poçt və yüklərin qəbulunun dayandırıldığını, Pakistan bayrağı altında üzən gəmilərin Hindistan limanlarına girişinə və Hindistan bayraqlı gəmilərin Pakistan limanlarını ziyarət etməsinə qadağa qoyulduğunu açıqlayıb.


SON XƏBƏRLƏR

03 May 2025