• Bakı 28° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

KİV: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması qərarını Azərbaycanla razılaşdırıb
DÜNYA
01 Sentyabr 2025 | 14:20

KİV: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması qərarını Azərbaycanla razılaşdırıb

Pakistan Azərbaycanla məsləhətləşmələr apardıqdan sonra Ermənistanla diplomatik münasibətlər qurmaq qərarına gəlib.

Bu barədə Bakıvaxtı.az "AnewZ" telekanalına istinadən məlumat verir.

Pakistan və Ermənistanın xarici işlər nazirləri ötən həftə keçirilən görüşdə diplomatik münasibətlərin qurulması imkanlarının nəzərdən keçirilməsini razılaşdırıblar. Bununla yanaşı, nazirlər avqustun 31-də Çinin Tiencin şəhərində iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar.

"Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmaq imkanını nəzərdən keçirməklə bağlı qərarı Bakı ilə ölkənin sülh gündəliyi çərçivəsində razılaşdırılıb. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra İslamabadla müzakirələr aparılıb, bundan sonra isə sözügedən təşəbbüs razılaşdırılıb", - telekanal qeyd edir.

Pakistan İrəvanla münasibətlərini Ermənistanın Azərbaycan ərazilərinin işğalına başlamasından sonra dayandırıb və uzun illər ərzində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb.

"İslamabad Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsinə də əhəmiyyətli töhfə verib. Ekspertlər qeyd edirlər ki, Pakistanın bu addımı (Ermənistanla münasibətlərin normallaşdırılması - red.) Azərbaycanın sülh gündəliyinin bir elementi və Vaşinqton razılaşmalarının birbaşa nəticəsi kimi qiymətləndirilməlidir", - "AnewZ" vurğulayır.


SON XƏBƏRLƏR