• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Mançester Yunayted Fernandeşlə bağlı qərarını verdi
İDMAN
16 Dekabr 2025 | 20:51

"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi

"Mançester Yunayted" Brunu Fernandeşlə sağollaşmaq niyyətində deyil.

Bakıvaxtı.az xəbər verir ki, klub yarımmüdafiəçi ilə yollarını ayırmağı planlaşdırmır.

Bu barədə jurnalist və insayder Ben Ceykobs sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, Mançester təmsilçisi ötən yay transfer pəncərəsində də Portuqaliya millisinin üzvünü satmağı planlaşdırmayıb və hazırda da futbolçunu heyətdə saxlamaq mövqeyindədir.

Xatırladaq ki, Brunu Fernandeş daha əvvəl emosional açıqlamasında klubun yayda onu göndərməyə hazırlaşdığını düşündüyünü bildirmişdi. Həmin dövrdə yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi ilə bağlı iddialar yayılmışdı. Lakin insayderin məlumatına görə, ərəb klublarının marağı davam etsə də, Fernandeş hələ ötən yay "Mançester Yunayted"də qalmaq və karyerasını Avropada davam etdirmək qərarını verib.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 17 oyunda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR