• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Mənim və anasının üzünə gülməyən oğul övladının üzünə gülür
ŞOU
16 Dekabr 2025 | 21:00

"Mənim və anasının üzünə gülməyən oğul övladının üzünə gülür"

"Bəziləri yazır ki, 4 il nədir, camaat 10 il övlad yolu gözləyir. Mənim oğlum və gəlinim hər gün 5 dəfə namaz qılır, oruc tutur, bütün dini qanunlara əməl edirlər. Onların oturduğu məclisdə içki ola bilməz".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Öz aramızda" verilişində deyib. Övladı Loğmandan danışan sənətçi yeni doğulan nəvəsindən bəhs edib:

"Bir gün yoldaşıma dedim ki, hər gün bu uşaqlar dua edir. Allah, böyüklüyünü göstər, onlara övlad ver. Loğmanın uşağın yatağının yanından çəkilmədiyini, gözlərinin necə parıldadığını görürəm. Loğman sərtdir, onunla ehtiyatlı davranırıq. Onun sevincinə sevinirəm. Mənim və anasının üzünə gülməyən oğul övladının üzünə gülür".  (Axşam.az)


SON XƏBƏRLƏR