Son günlər Mərkəzi Seçki Komissiyasının (MSK) buraxılacağı xəbərləri yenidən gündəmə gəlib.
Qeyd edək ki, MSK Prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin) hazırlanması və keçirilməsini təmin edir.
Qeyd edək ki, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi 2021-ci il aprel ayının 27-də formalaşıb. MSK-nın yeni tərkibinin 2026-cı ilin aprel ayında formalaşacağı gözlənilir.
Qeyd edək ki, MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.
Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, MSK vaxtından əvvəl də buraxıla və yeni tərkib formalaşdırıla bilər.