Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı Milli Məclisdə müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Məlumat 3 bölmədən, 240 səhifədən ibarət olmaqla (2023-cü ildə 150 səhifə), 62 dövlət orqanı, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə etməklə Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatlarına əsaslanmışdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Mina Mikayılova
***
11:39
Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat təqdim olunur.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.
Mina Mikayılova