• Bakı C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Trampı məhkəməyə verdilər
DÜNYA
15 Dekabr 2025 | 23:11

Trampı məhkəməyə verdilər

ABŞ-nin Tarixi İrs Mühafizəsi Fondu Prezident Donald Trampın Ağ Evin ərazisində bal zalı (rəqs zalı) inşa etmək planlarına qarşı məhkəmə iddiası qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

İddiada Ağ Evin Şərq Qanadının söküntü işlərinin zəruri hüquqi və ictimai ekspertizadan keçirilmədən həyata keçirildiyi vurğulanır. İddiaçılar Konqresdən icazə alınana qədər işlərin dərhal dayandırılmasını tələb edirlər. Eyni zamanda fondun nümayəndələrinin fikrincə, belə bir tikinti üçün federal komissiya və ictimaiyyət tərəfindən müzakirələrin keçirilməsi vacibdir.

Xatırladaq ki, Ağ Evdə sentyabr ayında başlanan tikinti işləri ölkə daxilində sərt tənqidlərə məruz qalıb.


SON XƏBƏRLƏR

15 Dekabr 2025