Ötən gün Almaniya Bundesliqasının XXXII turunda "Bohum"a qarşı matçda (0:0) ciddi zədə alan "Haydenhaym"ın qapıçısı Kevin Müllerin beyni silkələnib.
Bakıvaxtı.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində rəqib futbolçu İbrahima Sissoko ilə toqquşmadan sonra huşunu itirən qolkiper xəstəxanaya çatdırılıb.
Müayindən sonra onun beyninin silkələndiyi aşkar edilib. 34 yaşlı "əlcək sahibi"nin nə qədər sıradan çıxdığı bəlli deyil.
Qeyd edək ki, Kevin Müller 2015-ci ildən "Haydenhaym"da çıxış edir.