Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqa müraciətlərində "xromakei" (fondakı görüntünün sonradan əvəzlənməsi) texnologiyasından istifadə etdiyi iddia olunur.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Ukraynanın "Strana" nəşri Zelenskinin Zaporojye şəhərinin girişindəki stela önündə çəkilən son videosuna diqqət çəkib.
Kadrda Zelenskinin arxasından qəfil avtomobillərin peyda olması şübhə doğurub. Nəşr yazır ki, Ukrayna lideri çəkilişi real məkanda deyil, yaşıl fon önündə aparıb və stela görüntüsü videoya sonradan əlavə olunub.
Zeynəb Rzayeva












