• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İranda on nəfərin edam hökmü icra olunacaq

HADİSƏ

20 Dekabr 2024 | 10:05

İranda on nəfərin edam hökmü icra olunacaq

İranda 2022-ci ildə başlamış etiraz aksiyaları zamanı həbs edilən on nəfərin edam hökmü icra olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı hüquq müdafiəçiləri təşkilatı yayıb.

Bildirilib ki, barələrində edam hökmü çıxarılmış məhbuslar bunlardır: Fazel Bəhramian, Mənuçehr Mehmannavaz, Mehran Bəhramian, Milad Armon, Əlirza Kafai, Əmirməhəmməd Xoşiqbal, Nəvid Nacaran, Hüseyn Neməti, Əlirza Baçarzpurnak və Mehrab (Mehran) Abdullahzadə.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında İranda hakimiyyətin tətbiq etdiyi məcburi hicab qaydalarına etiraz aksiyaları başlayıb. “Qadın, Həyat, Azadlıq!” şüarı ilə bir ildən artıq aksiya keçirilib.


SON XƏBƏRLƏR

18 Aprel 2025