• Bakı 13° C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Metroda interval azaldıldı

CƏMİYYƏT

25 Noyabr 2025 | 16:49

Metroda interval azaldıldı

"Bakı Metropoliteni" QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə "Bənövşəyi" xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb. Nəticədə "Avtovağzal–Xocəsən" sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, "Avtovağzal–8 Noyabr" sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.


SON XƏBƏRLƏR