• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirildi

HADİSƏ

27 Fevral 2024 | 16:25

Paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirildi

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 


SON XƏBƏRLƏR

26 Iyul 2024