Türkiyənin sevilən müğənnisi Murad Kurşunun konsertində gözlənilməz hadisə yaşanıb.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, içkili olan izləyicilərindən biri sənətçini hovuza atıb.
"Keçən həftə Bursada konsert verdiyim məkanda spirtli içkinin dozasını qaçıran qardaşım məni hovuza itələdi. Baş verənlərə təəccübləndim. Hətta hovuzun dibinə belimi və dizimi də vurdum",- deyə media hesabında qeyd edib.
Yaşadığı vəziyyətdən şoka düşən müğənni pərəstişkarının üzrxahlığını qəbul edib.
Çox keçmədən Murad Kurşun ətrafdakıların köməkliyi ilə sudan çıxarılıb.
Xəyalə Rza



jpg-1694083597.jpg)

jpg-1694083718.jpg)






jpeg-1696575997.webp)





