Qətərin Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsində partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, partlayışa texniki nasazlıq səbəb olub.
Partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
Nazirliyin məlumatına qeyd olunur ki, Ras-Laffan sənaye rayonundakı zavodlardan birində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərdir. Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir.
Hazırda hadisə yerində mülki müdafiə qüvvələri fəaliyyət göstərir.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Bakı 



