İnformasiya texnologiyalarının (“WhatsApp”, “Tik-tok”, “İnstagram”, “Telegram” sosial şəbəkələrində) tətbiqi ilə keçən il törədilmiş 44 (2023-cü illə müqayisədə 14 fakt az) müvafiq fakt aşkarlanaraq, Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (2023-cü illə müqayisədə 1 fakt çox), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (2023-cü illə müqayisədə 4 fakt çox), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 cinayət işi başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.
Qeyd olunub ki, aparılmış monitorinqlər nəticəsində insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 Teleqram, Tiktok və İnstaqram kanalı bağlanıb.
Nəzərə çatdırılıb ki, 2024-cü ildə insan alveri əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 nəfər, o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb.
Mina Mikayılova