Avqustun 18-də Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı başlayıb.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak edir.
Toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər
Bələdiyyəsinin Başçısı və Trabzon Valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Günün sonunda Fərid Cəfərov Qızlar Monastrında keçirilən bağlanış mərasimində çıxış edib.