• Bakı 26° C

    14.98 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Adil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyib
MƏDƏNİYYƏT
27 Avqust 2026 | 15:00

Adil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyib

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşlarla növbəti görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.


Adil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyibAdil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyibAdil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyibAdil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyibAdil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026