• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Ədalətin bumu, dünya?!  - Nigar Ögeday yazır
YAZARLAR
24 Iyun 2022 | 14:04

Ədalətin bumu, dünya?!  - Nigar Ögeday yazır

Nigar Ögeday

Kimi dindirsən, dünyanın ədalətsizlyindən danışacaq. İnsan içindəki bütün kin-küdurətini, pisliklərini dünyaya yükləyir. Halbuki dünya yarandığı gündən heç dəyişməyib. Ədalətli olan da, ədalətsizlik edən də elə insan övladıdır.

Türkiyədə filmlərə çəkilən Nəsrin Cavadzadə adında azərbaycanlı aktrisa yaşayır. Çox məşhur seriallarda rol alıb. Sosial şəbəkələrdə də izləyiciləri az deyil. Azərbaycan izləyicisinəz yaxşı tanışdır Nəsrin, içi mən qarışıq “seriallara baxmayan 3-5 geridə qalmışlar”dan başqa...

Mən bu qızı 44 günlük Vətən müharibəsi dönəmində tanıdım. Sosial şəbəkələrdə bəzi dostlarımın ona ünvanladıqları “Qarabağda şəhid olanlara bir başsağlığı niyə vermirsən” iradından sonra. Türkiyədə əsasən solçu rejissorların filmlərində rol alan bu qız “Mən dünya vətəndaşıyam” deyərək, iradlara cavab olaraq, 44 gün çiçək- böcək rəsmlərindən başqa heç nə paylaşmadı.

Kim Kardaşyan adlı dünyaca məşhur bir aktrisa da var. Porno ulduz idi, amma həm də milyonlar onu “ermənilərin səsi” kimi tanıyır. 44 günlük müharibə boyu milyonlarla insanın izlədiyi səhifələrində Azərbaycanın haqq işini “ermənilərin haqq işi” kimi göstərdi.

Mətləbdən uzaqlaşmayaq. Ötən həftə Nəsrinin Şuşadan fotoları paylaşılıb. Türkiyədə telekanalların birində aparıcı işləyən Nigar İbrahimova Nəsrinin Şuşaya getdiyini deyəndə inanmadım. 44 günlük Vətən müharibəsində, elə ondan sonrakı dövrdə də şəhidlərimizdən, qazilərimizdən bir kəlmə olsun belə heç yanda danışmayan Nəsrinin Şuşa səfəri Vətən həsrəti deyilmiş.

Qadınını Şuşada da yalnız cibi və karyerası maraqlandırırmış. Bu, sahibi olduğu bir şirkətin reklam məhsulu ilə verilən pozada da açıq şəkildə görünür. Yəni, Nəsrin və onun kimiləri şəhid qanı tökülən torpaqlarda da ancaq qazanmağı düşünürlər.  Aidiyyatı qurumlarsa buna göz yumur. Çox təəssüf...

Daha uzun yazmağa ehtiyac yoxdu. Onsuz da heç bir əhəmiyyəti olmayacaq. Əksinə, yaşadıqları ölkələrdə ömrünü Azərbaycanın səsi olmağa həsr edənlərə baxmayaraq, ayrı-seçkilik göz önündədir və belədə deyiləsi söz qalmır. Azərin, Məlahət Abbasova, eləcə də babasının məzarını həmin torpaqlarda qoyub ailəsi ilə birlikdə qaçmağa məcbur olan Azəri qızı Güneldən başqa o torpaqları daha kim yaxşı tanıda bilər?

Şuşa 28 il erməni işğalı altında oldu. Nəsrinlərdən fərli olaraq, kim kardaşyanlar özlüklərində “haqq davası” üçün hətta bədənlərini satıb, pulunu ermənilərə yedirtdi. Bilə-bilə ki, “Böyük Ermənistan” nağılına daha heç kəs qulaq asmaq istəmir, bununla belə, yenə də o nağılı danışmaqda davam edir.

Bir şəhidin adını belə anmayan, bir qaziyə “Allah şəfa versin” deməyən Nəsrin isə Şuşada poz verib şəkillər paylaşır.

Deməyə söz qalmır...


SON XƏBƏRLƏR

01 Dekabr 2024