• Bakı 26° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Əfqanıstanda zəlzələ: Ölənlərin sayı 800-ə çatdı- YENİLƏNİB
DÜNYA
01 Sentyabr 2025 | 12:59

Əfqanıstanda zəlzələ: Ölənlərin sayı 800-ə çatdı- YENİLƏNİB

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb, 2500 nəfər yaralanıb. 

Bakıvaxtı.az "TASS"a istinadla xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi bildirib.

Mina Mikayılova

***

10:28

Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 622 nəfərə çatıb, daha 1 500 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

***

09:47

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

***

08:49

Əfqanıstanda güclü zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.

6 maqnitudada olan zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələ 250 nəfərin həyatına son qoyub. 500-dən çox insanın yaralandığını bildirilir.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025