Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın yeni rəhbərliyinin ölkənin beynəlxalq birliyə yenidən inteqrasiyasında əhəmiyyətli irəliləyişlər əldə etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə 16-cı səfirlər konfransında çıxış edib.
"Suriya üçün tarixi bir fürsət açılıb. Prezident Əhməd əl-Şaraanın rəhbərliyi altında qısa müddət ərzində Suriyanın beynəlxalq birliyə yenidən inteqrasiyası prosesində əhəmiyyətli irəliləyişlər əldə edilib. Təkcə ölkəmizdən Suriyaya qayıdan qaçqınların sayı 580 minə çatıb. Suriya qaçqınlarının könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması, şübhəsiz ki, bu ölkədə davamlı sülh əldə edildikcə daha da sürətlənəcək”, - deyə Ərdoğan bildirib.
Bakı 











