• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

PSJ Mbappeyə 61 milyon avro ödəyəcək
İDMAN
16 Dekabr 2025 | 19:13

PSJ Mbappeyə 61 milyon avro ödəyəcək

Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Məhkəməsi PSJ klubundan keçmiş hücumçusu Kilian Mbappeyə 61 milyon avro məbləğində kompensasiya ödəməyi tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, qərar yekdilliklə qəbul olunub və dərhal icra ediləcək.

Xatırladaq ki, ötən ay Mbappenin PSJ-dən ümumilikdə 263 milyon avro tələb etdiyi bildirilmişdi. Həmin məbləğə ödənilməmiş əməkhaqqı və mükafatlar, eləcə də müqavilə müddəti başa çatdıqdan sonra klubda futbolçuya göstərilən münasibətlə bağlı kompensasiya daxil idi.

Qeyd edək ki, Kilian Mbappe ötən ilin yayında PSJ-dən ayrılaraq İspaniyanın “Real Madrid” komandası ilə 2029-cu ilədək müqavilə imzalayıb.


SON XƏBƏRLƏR