“Mançester Siti”nin və İtaliya milli komandasının qapıçısı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat yayılıb.
26 yaşlı qolkiper 2024/25 mövsümünün ikinci hissəsini PSJ-də keçirib.
O, Paris təmsilçisi ilə Fransa çempionatı, Fransa Kuboku, Fransa Superkuboku və Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, “The Best” mükafatının “İlin ən yaxşı qapıçısı” nominasiyasında Donnarummadan başqa Alisson (“Liverpul”), Tibo Kurtua (“Real Madrid”), Emiliano Martines (“Aston Villa”), Manuel Noyer (“Bavariya”), David Rayan (“Arsenal”), Yan Zommer (“İnter”) və Voytsex Şensnı (“Barselona”) da namizədlər arasında yer alıblar.
Bakı 











