• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

İranda nüvə alimi azadlıqdan məhrum edildi
DÜNYA
23 Oktyabr 2025 | 15:40

İranda nüvə alimi azadlıqdan məhrum edildi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) keçmiş əməkdaşı, İran vətəndaşı Əmir Reza Cəlalian 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az "Iran International"a istinadən xəbər verir ki, bunu onun həyat yoldaşı Səidə Varasteh bildirib.

Onun sözlərinə görə, Ə.Cəlalian "Böyük Britaniyaya casusluqda" təqsirli bilinib.

Bildirilib ki, o, nüvə elm və texnologiyaları sahəsində tanınmış şəxs, AEBA-nın keçmiş elmi əməkdaşıdır. Ə. Cəlalian 1980-ci ildə Tehran Universitetinin əczaçılıq fakultəsinə qəbul olunub. Bu sahə üzrə doktorluq dərəcəsi aldıqdan sonra xərçəngin müalicəsində mühüm rol oynayan radiofarm preparatlar sahəsində ixtisaslaşaraq, təhsilini tamamlayıb.

Cəlalian 2013-cü ildə İranın AEBA-nın törəmə müəssisəsi olan Nüvə Elm və Texnologiyaları İnstitutuna qoşulub. Orada müəllim və tədqiqatçı kimi işləyib.


SON XƏBƏRLƏR