• Bakı 26° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

MN əhaliyə çağırış etdi: Təşvişə düşməyin
SİYASƏT
01 Sentyabr 2025 | 10:29

MN əhaliyə çağırış etdi: "Təşvişə düşməyin"

Pirəkəşkül və Ağdərədə 1-5 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


SON XƏBƏRLƏR

03 Sentyabr 2025