• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Qafarova-Simonyan görüşü: Vaşinqtonda start verilmiş sülh  prosesinin tərkib hissəsi
SİYASƏT
23 Oktyabr 2025 | 15:41

Qafarova-Simonyan görüşü: Vaşinqtonda start verilmiş sülh  prosesinin tərkib hissəsi

Məlum olduğu kimi, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

Belə ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov baş tutan görüşlə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları bu gün də davam edir və əsas məqsəd bölgəyə sülhün gəlməsidir.

Onun sözlərinə görə, hər iki ölkə lideri bu istiqamətdə səylərini əsirgəmir və prosesə öz töhfələrini verməyə çalışırlar.

Ceyhun Məmmədov: Parlament sədrlərinin görüşü sülhə doğru çox vacib bir addım kimi dəyərləndirilməlidir

ABŞ-də çox vacib və mühüm bir görüşün keçirildiyini xatırladan deputat hesab edir ki, danışıqlar mütləq davam etməlidir:

“Dövlət başçılarının görüşləri ilə yanaşı, parlament sədrlərinin və digər rəsmilərin görüşləri də xüsusi önəm daşıyır. Bu, sülh prosesinin davamı kimi qiymətləndirilməli və bölgədə sülhün bərqərar olması istiqamətində atılmış mühüm addım hesab edilməlidir”.

Ceyhun Məmmədov əlavə edib ki, bu, parlament sədrləri arasında ilk görüş deyil. Müsahibimiz nəzərə çatdırıb ki, əvvəllər də belə görüşlər baş tutub və hazırkı görüş də sülhə doğru çox vacib bir addım kimi dəyərləndirilməlidir:

“İki ölkə parlamentlərinin bir araya gəlməsi, dialoqun davam etdirilməsi və bu istiqamətdə atılan addımlar regionda sabitliyin və qarşılıqlı etimadın formalaşması baxımından əhəmiyyətlidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR