• Bakı 29° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Tələbələrin köçürülməsi başladı
CƏMİYYƏT
15 Iyul 2025 | 11:16

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.

Bu barədə Bakıvaxtı.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.


SON XƏBƏRLƏR