• Bakı C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Xaçmaz Reabilitasiya Mərkəzində 5 000-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib
CƏMİYYƏT
16 Dekabr 2025 | 17:37

Xaçmaz Reabilitasiya Mərkəzində 5 000-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki,bu müəssisələrdən 1-i Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, 1-i ambulator reabilitasiya məntəqəsi – RehaPoint, 15-i isə reabilitasiya mərkəzidir.

Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir.

Hazırda biz Xaçmaz Reabilitasiya Mərkəzindəyik. Bu mərkəz 14 çarpayılıq stasionar tutuma malikdir və burada vətəndaşlara, əlilliyi olan şəxslərə ambulator, stasionar, eyni zamanda telereabilitasiya, səyyar və icma əsaslı reabilitasiya xidmətləri təqdim olunur.

Qeyd edim ki, cari ilin 11 ayı ərzində Xaçmaz Reabilitasiya Mərkəzində 5 000-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilmişdir. Eyni zamanda, Xaçmazla yanaşı, ölkənin müxtəlif regionlarında – Lənkəran, Şirvan, Yevlax, Naftalan, Qəbələ, Şəmkir və Şəki şəhərlərində də eyni tipli reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Cari ilin 11 ayı ərzində həmin mərkəzlərdə ümumilikdə 130 000-dən çox əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə əhatə olunmuşdur.

Bu mərkəzlərdə reabilitasiya xidmətlərinin effektivliyinin artırılması məqsədilə kompleks yanaşma tətbiq edilir. Ənənəvi reabilitasiya üsulları ilə yanaşı, beynəlxalq təcrübədə effektivliyi sübut olunmuş müasir və alternativ metodlardan da istifadə olunur. Bunlara yoqa terapiyası, art-terapiya, hipoterapiya (atla müalicə) və rəqs terapiyası kimi xidmətləri nümunə göstərmək olar.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə cari ildə yeni “RehaBus” nəqliyyat xətti istifadəyə verilmişdir. Bu xidmət çərçivəsində Gəncə və Şəmkir regionlarında yaşayan, nəqliyyat problemi olan əlilliyi olan şəxslər müəyyən edilmiş dayanacaqlardan götürülərək Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır. Reabilitasiya xidməti müddətində avtobus mərkəzdə gözləyir və xidmət başa çatdıqdan sonra vətəndaşların yenidən əvvəlki məntəqələrə təhlükəsiz şəkildə geri qaytarılması təmin edilir. Hazırda iki istiqamət üzrə RehaBus xətti fəaliyyət göstərir.


SON XƏBƏRLƏR