• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Yol-piyada infrastrukturunun qurulmasına 40 mln. manat xərclənəcək
İQTİSADİYYAT
23 Oktyabr 2025 | 15:48

Yol-piyada infrastrukturunun qurulmasına 40 mln. manat xərclənəcək

Gələn il Azərbaycanın dövlət büdcəsindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, quruma 40 milyon manat vəsait ayrılacaq.

    Sözügedən vəsaitin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün ayrılması proqnozlaşdırılıb.


    SON XƏBƏRLƏR