İngiltərə millisinin müdafiəçisi Tino Livramento dünya çempionatını buraxacaq.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu baldır nahiyəsindən aldığı zədə səbəbindən mundialda iştirak edə bilməyəcək. Məlumata görə, İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel Xorvatiya ilə keçiriləcək ilk oyun ərəfəsində heyətdə dəyişiklik etməyə məcbur olub.
Bildirilib ki, T.Livramentonun əvəzinə "Çelsi"nin müdafiəçisi Trevor Çaloba milliyə dəvət olunacaq. FIFA-nın qaydalarına əsasən, komandalar ilk oyuna 24 saat qalanadək heyətdə dəyişiklik edə bilərlər.
Qeyd edək ki, "Nyukasl"ın futbolçusu 2025/2026-cı illər mövsümündə müxtəlif zədələr səbəbindən cəmi 17 Premyer Liqa matçında meydana çıxıb.
Bakı 



