• Bakı 12° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

"Dayə" evdən 60 min manatlıq qızıl oğurladı - VİDEO

HADİSƏ

28 Noyabr 2025 | 17:03

Dayə evdən 60 min manatlıq qızıl oğurladı - VİDEO

Bakının Xətai rayonunda talama cinayəti baş verib.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.


SON XƏBƏRLƏR