• Bakı 28° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

“Dövlət o uşağa sahib çıxmalıdır”

SİYASƏT

12 May 2026 | 12:38

“Dövlət o uşağa sahib çıxmalıdır”

“Son günlərdə qəbiristanlıqda tapılan uşaq əsas mövzulardandır. Hansı valideyn uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı bildirib.

“Dövlət valideynin yaxşı davranmadığı uşağa belə sahib çıxmalıdır. Çünki bizə sağlam vətəndaş lazımdır”, - deputat qeyd edib.

Xatırladaq ki, 1 həftə əvvəl Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı uşaq tapılıb. Sonradan məlum olub ki, anası uşaqdan rəsmi qaydada imtina edib. Hazırda azyaşlı sığınacaqda saxlanılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026