• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətlərinin təhqiqatı qaydası dəyişir

CƏMİYYƏT

22 Aprel 2025 | 13:23

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətlərinin təhqiqatı qaydası dəyişir

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən yeni - 214.4-1-ci maddədə əksini tapıb.

Bununla əlaqədar hərbi məhkəmələrin baxdığı işlər siyahısına məhkəmədəyək sadələşdirilmiş icraat üzrə materiallar daxil edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib

Mina Mikayılova


SON XƏBƏRLƏR