“Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində də, ehtiyat kadrların təyinatı məsələsində də çatışmazlıqlar var".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
F.Mustafa söyləyib ki, müsabiqədə yüksək nəticə əldə edən şəxslər müsahibədə müqaviləli işçilərə uduzur:
“Ömrünü dövlət qulluğuna hazırlaşmağa həsr edən Azərbaycan gənci bu səddi aşa bilmir. Ehtiyat kadrların təyinatı məsələsində 2 illik müddət bir daha gözdən keçirilməlidir. DİM-ə səlahiyyət verilsin ki, harada vakansiya varsa, gənclər həmin vəzifələrə göndərilsin”.
Mina Mikayılova