• Bakı 16° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Hikmət Hacıyev: Azərbaycanın şəhərsalma siyasəti müasir urbanizasiya trendlərinə əsaslanır

WUF13

19 May 2026 | 14:26

Hikmət Hacıyev: Azərbaycanın şəhərsalma siyasəti müasir urbanizasiya trendlərinə əsaslanır

"Azərbaycanın şəhərsalma siyasəti həm tarixi irsə, həm də müasir urbanizasiya trendlərinə əsaslanır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, paytaxt Bakı qədim şəhər strukturu ilə yanaşı, müasir memarlıq və planlaşdırma nümunələri ilə qlobal urban mərkəzlər sırasında təqdim olunur. Şəhərin bir sıra tarixi abidələrinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi onun mədəni və tarixi əhəmiyyətini daha da artırır.

H.Hacıyev bildirib ki, bu yanaşma təkcə Bakı ilə məhdudlaşmır, ölkənin digər şəhər və qəsəbələrində də paralel şəkildə həyata keçirilir.

Açıqlamada həmçinin post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işlərinə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı şəhərsalma layihələri həyata keçirərək, dağıdılmış yaşayış məntəqələrini yenidən qurur. Bu proses çərçivəsində şəhərlər, kəndlər və infrastruktur tamamilə yenilənir.

Bildirilib ki, ölkə artıq bir neçə şəhər və yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulması prosesini həyata keçirir ki, bu da post-münaqişə bərpası sahəsində nadir və sistemli təcrübə kimi qiymətləndirilir. 

Eyni zamanda, keçmiş məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramlar da bu siyasətin mühüm tərkib hissəsi kimi göstərilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026