• Bakı 22° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ

CƏMİYYƏT

29 Noyabr 2024 | 12:23

Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskin. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


SON XƏBƏRLƏR

06 Iyun 2025