“Uşaq sahibi olmaq dəbdə olmalıdır. Rus qadınlarının hazırda olduğu kimi 28 və ya 29 yaşında deyil, yetkinlik yaşına çatdıqdan sonra mümkün qədər tez uşaq sahibi olması normaya çevrilməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Moskovskiy komsomolets”ə müsahibəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Onun sözlərinə görə, hər şeyi sonraya saxlamaq olmaz: “Bu, sonra tibbi və digər səbəblərə görə heç vaxt baş verməyə bilər. Vladimir Vladimiroviçin məşhur ifadəsi var: “Ata, ana olmaq və uşaqların olmağı xoşbəxtlikdir və bu xoşbəxtliyi sonraya saxlamağa ehtiyac yoxdur”.
Matviyenko qeyd edib ki, demoqrafiyada ən böyük problem və çətinlik mentaliteti dəyişdirməkdir. Belə ki, yaxşı, mehriban, böyük və möhkəm ailəsi olan uğurlu insan hesab edilməlidir.
“Prezident Vladimir Putin gənc rusları təhsil və karyera naminə uşaq sahibi olmağı təxirə salmamağa çağırıb. O həmçinin etiraf edib ki, dövlət ailələrə uşaq sahibi olmaq üçün təzyiq göstərməməlidir. Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin sorğusu göstərir ki, rusların əksəriyyəti (76%) gənclərin ilk dəfə valideyn olmaq şansını maliyyə və iqtisadi səbəblərə görə təxirə saldığına inanır. İctimai Palata əmindir ki, rusların həyat səviyyəsinin yaxşılaşdırılması demoqrafik problemləri həll etməyəcək, çünki insan nə qədər yaxşı yaşayırsa, bir o qədər az uşaq dünyaya gətirir”, - Matviyenko əlavə edib./“Qafqazinfo”
Bakı 



