• Bakı 11° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Britaniyanın hələ də Ukraynaya qoşun yeritmək planı var

DÜNYA

25 Noyabr 2025 | 17:34

Britaniyanın hələ də Ukraynaya qoşun yeritmək planı var

Böyük Britaniya atəşkəsdən sonra Ukraynaya qoşun göndərməkdə maraqlıdır. 

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Keir Starmerin sözçüsü Sofi Nazemi bildirib.

Starmerin sözçüsü qeyd edib ki, Böyük Britaniyanın Baş naziri çərşənbə axşamı səhər Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və onlar "koalisiya tərəfdaşlarının hərbi əməliyyatlar dayandırıldıqdan sonra çoxmillətli qüvvələrin yerləşdirilməsinə hazırlaşmaq üçün davam etdirdikləri işin vacibliyini" müzakirə ediblər.

Ötən həftə "Financial Times" yazıb ki, Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli planına Ukrayna ərazisində xarici hərbçilərin gəlməsi məsələsi daxil deyil.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl bəyan etmişdi ki, NATO qoşunlarının istənilən bayraq altında və istənilən sifətdə Ukrayna torpaqlarında olması Rusiya üçün təhlükədir. O əlavə edib ki, Rusiya heç bir halda bunu qəbul etməyəcək. 

 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR