ABŞ prezidenti Donald Trampın xarici mallara tətbiq etdiyi əlavə rüsumlar ölkə büdcəsinə əlavə 47 milyard dollar gəlir gətirib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyinin hesabatında yer alıb.
Hesabata görə, tariflər 2025-ci ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 47 milyard dollar artaraq rekord həddə, 64 milyard dollara çatıb.
Onu da qeyd edək ki, dünya ölkələri Trampın ticarət siyasətinə koordinasiyalı cavab verə bilməyib, onun administrasiyasına danışıqlarda üstünlük verib. Buna baxmayaraq, onlar ABŞ-yə qarşı səylərini birləşdirə bilməyiblər.
Gülşən Şərif