• Bakı 27° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Çində yaponiyalı casus həbs cəzasına məhkum edilib
DÜNYA
16 Iyul 2025 | 10:27

Çində yaponiyalı casus həbs cəzasına məhkum edilib

Çində bir nəfər Yaponiya vətəndaşı casusluq ittihamı ilə həbs edilib.

Bakıvaxtı.az Yaponiyanın Pekindəki səfirliyinə istinadən xəbər verir ki, sözügedən şəxs 3 il yarım müddətinə həbs cəzasına məhkum edilib.

Belə ki, sözügedən şəxsin kimliyi açıqlanmayıb. Yaponiya mediası onun altmış yaşlarında olduğunu və Çində Yaponiyaya məxsus olan “Astellas Pharma İnc”-adlı dərman şirkətində işlədiyini xəbər verib.

O, 2023-cü ilin mart ayından bəri saxlanılıb.

Casusluqda ittiham edilən şəxsin məhkəmə prosesində Yaponiya səfiri iştirak etsə də, yaponiyalı jurnalistlər məhkəmə zalına buraxılmayıb.


SON XƏBƏRLƏR