Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Xaçatur Poqosyanı Prezident Administrasiyasının rəhbəri təyin edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin imzaladığı fərmanda bildirilib.
Sənədə əsasən, təyinat Ermənistan Konstitusiyasının 139-cu maddəsinin 1-ci hissəsi və "Dövlət qulluğu haqqında" qanunun 9-cu maddəsinin 11-ci hissəsi nəzərə alınmaqla həyata keçirilib.
Qeyd edək ki, Xaçatur Poqosyan bundan əvvəl Ermənistan Prezident Administrasiyasının rəhbərinin müavini olub və rəhbərin səlahiyyətlərini icra edib. O, bu vəzifədə uzun müddət çalışıb.
Bakı 











