• Bakı 24° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

“Sea breeze”də su nasosunda sıxılı vəziyyətdə qalan azyaşlı öldü -YENİLƏNİB
HADİSƏ
15 Avqust 2026 | 00:02

“Sea breeze”də su nasosunda sıxılı vəziyyətdəqalan azyaşlı öldü -YENİLƏNİB

4 yaşlı uşaq həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə əlaqədar xilasetmə əməliyyatı başa çatıb.

Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimasiya müdaxilələrinə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

22:39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026