Qazaxıstan və Avstriya rəsmiləri Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Avropa bazarına Qazaxıstan neftinin sabit tədarükünün təmin olunmasını müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi Yermek Koşerbayev ilə Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinqer arasında telefon danışığından sonra məlumat yayıb.
Tərəflər beynəlxalq gəmiçiliyin təhlükəsizliyi və konsorsium ətrafındakı vəziyyət kontekstində CPC-nin fasiləsiz işini müzakirə ediblər.
Qazaxıstanın Xarici İşlər Nazirliyi qeyd edib ki, ölkə neftinin əhəmiyyətli hissəsi bu marşrutla Avstriyaya çatdırılır. Avstriyanın xam neft idxalının təxminən 56 %-ni Qazaxıstan təşkil edir.
Xarici siyasət idarələrinin rəhbərləri həmçinin beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar və iki ölkə arasında praktik əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Bakı 











