• Bakı 14° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Fərid Qayıbov yeni vəzifəyə seçildi
İDMAN
20 Oktyabr 2025 | 22:29

Fərid Qayıbov yeni vəzifəyə seçildi

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasına (COP10) sədr seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyası (COP10) fəaliyyətə başlayıb.

Tədbirin ilk hissəsində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasının (COP10) sədri seçilib.

Xatırladaq ki, nazir Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu Sessiyasının (COP9) sədr müavini seçilmişdi.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025