• Bakı 27° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

I yarımildə 19 saxta dövlət domeni bloklanıb
SİYASƏT
16 Iyul 2025 | 10:35

I yarımildə 19 saxta dövlət domeni bloklanıb

Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 19 saxta domen bloklanıb.

Bakıvaxtı.az xəbər verir ki, Report-un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.

2025-ci ilin ilk 6 ayında ölkədə 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 37 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 130 yeni subdomen verilib ki, bu da illik müqayisədə 17 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq bloklanıb.


SON XƏBƏRLƏR