Moskva məhkəməsi teleaparıcı Tatyana Lazarevanı (o, Rusiya Federasiyasında xarici agent kimi tanınır və Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına daxil edilib) xarici agentlər haqqında qanunu pozduğuna görə qiyabi həbs edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yayılmış istintaq materiallarında deyilir.
"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi ilə Lazareva T. Yu. barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilib", - cinayət işində deyilir.