HƏMAS rəhbərliyi atəşkəsin pozulmasına göstəriş verməyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşdə deyib.
“İnanmıram ki, bunu HƏMAS rəhbərliyi edib”, - Tramp qeyd edib.
O, xəbərdarlıq edib ki, vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı güc tətbiq etməyə hazırdır:
“Əgər onlar özlərini düzəltməsələr, biz onları məhv edəcəyik”.
Qeyd edək ki, oktyabrın 10-da Qəzzada atəşkəs qüvvəyə minib. Lakin İsrail ordusu Rəfah bölgəsində HƏMAS yaraqlılarının atəşkəsi pozduğunu açıqlayıb. Netanyahu radikallara qarşı tədbir görülməsi barədə göstəriş verib. HƏMAS isə insidentlə əlaqəsini inkar edib.