• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Kənan MM-dən İTV-yə İTTİHAM: O kabinetlər çoxlarını yola salıb…”
ŞOU
10 Iyul 2025 | 08:51

Kənan MM-dən İTV-yə İTTİHAM: "O kabinetlər çoxlarını yola salıb…”

Azərbaycanlı aktyor və rejissor Kənan Mahmudov (Kənan MM) sosial şəbəkələrdə İctimai Televiziya və bəzi televiziya nümayəndələrini sərt tənqid atəşinə tutub.

Bakıvaxtı.az xəbər verir ki, aktyorun paylaşdığı ardıcıl statuslarda onun müəllifi və rejissoru olduğu layihənin İctimai TV tərəfindən qəbul olunmaması əsas mübahisə predmetidir.

Kənan Mahmudov qeyd edib ki, layihədə bütün səhnələri özü çəkib, heç bir dəstək və əlavə büdcə olmadan, xarici aktyorlarla birlikdə çalışaraq serialı 80 milyonluq tamaşaçı auditoriyasına təqdim edib:

“Orda (Türkiyədə) mənim daydayım yox idi, orda xarakterim və istedadım var idi...”

O, İctimai TV-də çəkilən digər seriallarla öz layihəsinin eyni səviyyədə dəyərləndirilməməsini ədalətsizlik adlandırıb:

“Büdcə fərqi olan serialları eyni tərəziyə qoymaq ədalətli deyil... Gəlin sizin çəkdiyiniz serial ilə "Savaşçı" serialını eyni tərəziyə qoyaq, ədalət bu olarmı?”

Bundan əlavə, Mahmudov tanınmış Türkiyəli bir aktrisanın müəyyən məbləğ qarşılığında layihələrə cəlb olunduğunu iddia edərək, onu da tənqid edib. O, bu sistemin gənc və yaradıcı şəxslərin qarşısını aldığını bildirib:

“İllərdir mafiyaya bənzər sistemlərlə başqalarına imkan yaratmayanlar indi süni sistemlərinə görə cavab verməlidir...”

Sonda sənətçi İctimai TV-nin fəaliyyətini açıq şəkildə sorğulayıb və belə hallar səbəbindən bir çox yaradıcı insanın sistemdən uzaqlaşdırıldığını bildirib:

“Vallah, o kabinetlər çox insanları yola salıb…”

Əli Hüseynov


SON XƏBƏRLƏR