İsrail HƏMAS-ı Fələstin İslamçı Hərəkatının girov Ofir Tzarfatinin qalıqlarını geri qaytarmasından sonra atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, məhz buna görə də İsrailin baş naziri Benyamin Netanyahu Qəzza və HƏMAS-a dərhal zərbələr endirilməsi barədə göstəriş verib.
İsrailin daxili təhlükəsizliyə cavabdeh olan ifrat sağçı naziri İtamar Ben Qvir bildirib ki, HƏMAS-ın ayaqlarını birdəfəlik qırmağın vaxtıdır.
İsrailin müdafiə naziri İsrael Katz da bəyan edib ki, HƏMAS Qəzza zolağında onun əsgərlərinə hücum edib və bunun əvəzini pis ödəyəcək.
Qəzza Mülki Müdafiəsinə görə, İsrailin dünən axşam həyata keçirdiyi bir neçə hücumda ən azı 20 nəfərin öldüyü bildirilir. ABŞ-ın vitse-prezidenti JD Vance bildirib ki, İsrailin zərbələrinə, İsrail və HƏMAS arasında qarşılıqlı pozuntu ittihamlarına baxmayaraq, Qəzzada atəşkəs davam edir.
Aydın Baxış
Bakı 










