• Bakı 22° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
CƏMİYYƏT
08 Iyun 2026 | 14:28

Şortikə görə gənci söyən şəxs üzr istədi - Video

Bir neçə gün əvvəl İçərişəhərdə gənc oğlanı şortik geyindiyinə görə təhqir edən şəxs üzr istəyib. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntülər Modern.az-da yayımlanıb. 

Belə ki, həmin şəxs gənci üslubunun düzgün olmadığı üçün təhqir etdiyini deyib.

“Bizim məhəllədə elə formada oturmuşdu ki, etik deyildi. Ona dedim ki, belə olmaz, amma mənə ağır cavab qaytardı və mən də bilmədən təqhir etdim. Azərbaycan xalqından buna görə üzr istəyirəm. Amma deyim ki, məsələ şortik deyil. Heç kəsin gəlib kiminsə məhəlləsində insanların olduğu yerdə o formada oturması düzgün deyil”, - o qeyd edib.

Sözügedən videonu təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR